"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com xəbər verir ki, Rauf Arifoğlu verilişdə Azərbaycan-İran münasibətlərinə toxunub.
"İran səfirini geri çağırıb, biz də terror hadisəsindən sonra səfirimizi geri gətirmişdik. Səfir o zaman dəyişir ki, artıq onun yaratdığı kommunikasiyalara gərək qalmır. İranın son səfiri də redaksiyaları ziyarət edirdi, müsahibələr verirdi, hansısa xəbərə görə bəzən özü zəng edirdi, təkzib verirdi", - Rauf Arifoğlu deyib.
Rauf Arifoğlu qeyd edib ki, biz artıq İranla müharibə vəziyyətindəyik, diplomatiyanın son nöqtəsinə gəlib çatmışıq.
Ətraflı videoda: