Qanunsuz taksi şirkətlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə bir sıra dəyişikliklər öz əksini tapıb. Dəyişikliyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
TV Müsavatın əməkdaşları verilən qərarla bağlı taksi sürücləri ilə danışıb, vətəndaşların rəyini alıb. Nəqliyyat üzrə ekspert qərarın müzakirəsi barədə TV Müsavata danışıb.
Ətraflı video-reportajda izləyə bilərsiniz:
Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com