Türkiyənin İzmir şəhərində günlərdin axtarılan 25 yaşlı universitet tələbəsi Gökçe Bebeci yaşadığı evində ölü tapılıb.
Musavat.com xəbər verir ki, Gökçe Bebecinin ölümü şübhəli sayıldığı üçün ekspertizaya aparılıb.
Hadisə dünən saat 14.30 radələrində baş verib. İzmir Yüksək Texnologiyalar İnstitutunun (İYTE) Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi olan Gökçe Bebecidən xəbər ala bilməyən dostları vəziyyəti Təcili Yardıma bildiriblər. Xəbərdarlıqdan sonra evə gedən polis və təcili yardım əməkdaşları gənc qızın cansız bədəni ilə qarşılaşıb.
Gökçe Bebecinin ölüm xəbərini alan tələbə yoldaşları gənc qızın evinin qarşısına toplaşıblar.
Hadisə ilə bağlı başladılan istintaq davam edir.
Musavat.com