38 ölkədə inflyasiya 2 ilin minimumuna düşdü

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə oktyabrda illik inflyasiya 5,6 faiz təşkil edib.

Musavat.com təşkilatın açıqlamasına istinadən xəbər verir ki, bu, 2021-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir. Bu ilin sentyabrında inflyasiya 6,2 faiz təşkil etmişdi.

Oktyabrda OECD-in 28 ölkəsində inflyasiyanın zəifləməsi qeydə alınıb, səkkiz ölkədə, xüsusilə də Yunanıstan və Çexiyada qiymət artımı sürətlənib.

OECD enerji qiymətləri əvvəlki ayda 0,5 faiz azaldıqdan sonra oktyabrda daha 4,8 faiz ucuzlaşıb. Ərzaq qiymətlərindəki 8,1 faizlik bahalaşma oktyabrda 7,4 faizə düşüb.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) sentybardakı 6,6 faizə qarşı oktyabrda 6,5 faiz olub.

G7 ölkələrində inflyasiya oktyabrda bir ay əvvəlki 4,1 faizdən 3,4 faizə qədər azalıb. Bu, 2021-ci ilin aprelindən bəri minimum tempdir. G20 ölkələrində qiymətlər sentyabrdakı 6,1 faizlə müqayisədə 5,7 faiz artıb.

Avrozonada qiymət artımı (HICP indeksi) oktyabrda bir ay əvvəlki 4,3 faizlə müqayisədə 2,9 faiz təşkil edib. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 4,5 faizdən 4,2 faizə qədər zəifləyib.

Musavat.com

05.12.2023 19:31
596