"35 ildir ki, mən və həyat yoldaşım Ədalət bəy bu sənət üçün qurbanlar veririk".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu verilişdə deyib.
O, hazırda telekanallarda sosial proqramlarda baş verən biabırçılqılara münasibət bildirib.
"Televiziya xalqın güzgüsüdür. Təsəvvür edin ki, bizim televiziyanı açan bir qonaq görür ki, oradan qışqırıq səsləri gəlir, təhqirlər yağır, vətəndaşlar dava edirlər. Təəssüf olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilir. Demokratiya o demək deyil ki, cızığını aşmalısan", - o bildirib./lent.az