34 yaşın MÜBARƏK

Azərbaycan Milli Mətbuatının keçmiş Sovetlər Birliyinin çöküşü ərəfəsində yenidən dirçəlməsini Mirzə Cəlil, Əli Bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Bəy Ağaoğlu, Üzeyir Bəy Hacıbəyli irsinin davamı kimi qəbul etsək, fikrimizin daha doğru olduğu qənaətindəyik.

Keçmiş Sovetlər Birliyinin çöküşü zamanı öncələr gizli şəkildə çap olunan "Yeni Müsavat", "Türkün Səsi", "Türküstan", "Dirçəliş", "Mənlik" və digər onlarca sayda olan qəzetlər və dərgilərin çox böyük xidmətləri olub. Bu mətbu orqanların hər biri mərmi kimi kommunizm siyasətinin darmadağın olunmasına, onun mənfur simasının ifşasına tuşlanmış silah olub.

O dönəmdən ötən zaman içində çox az sayda mətbu orqanı öz simasını qoruyub saxlayıb, həm də milli mücadiləni müstəqil dövlətçilik və demokratiyanın tribunası kimi davam etdirməkdədir. Bu sırada "Yeni Müsavat" qəzetinin çox böyük və müstəsna xidməti var.

Bu gün Qafqazda həftənin 7 günü çap olunan nadir qəzetlərdən biri də məhz "Yeni Müsavat"dır. Bizlər qürbətdə yaşayan insanlar olaraq, demək olar ki, hər gün "Yeni Müsavat"ın internet variantını oxumaqla Vətənimiz Azərbaycan haqqında əsl həqiqətlərlə tanış oluruq. Qəzetin tutduğu mövqeni təqdir etməklə yanaşı, həm də onu təbliğ edirik.

Bu qəzetin ilk gündən indiyə kimi başında duran və ona rəhbərlik edən dəyərli, cəsarətli və ədalətli ziyalımız Rauf Arifoğlunu və "Yeni Müsavat"ın şərəfini öz şərəfi kimi qəbul etmiş bütün qəzetin əməkdaşlarını 34 illik yubileyi münasibəti ilə təbrik edirik. Sizlərə bu şərəfli işinizdə daha böyük uğurlar diləyirik. Ötən 34 ildə simanız necə olubsa, hər zaman sizləri beləcə görmək istəyirik…

ELMAN SON.jpg (128 KB)

Hörmətlə: Elman Mustafazadə,
Avropa "Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri,
Xudafərin (www.xudaferin.eu) dərgisinin baş redaktoru

11.11.2023 10:59
1436