34 il əvvəl yoxa çıxan təhlükəli asteroid Yerə yaxınlaşır.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "NASA" məlumat yayıb.
Qeyd olunub ki, diametri 1,2 km-ə qədər olan asteroid oktyabrın 3-də Yerə minimum məsafədə yaxınlaşacaq.
Alimlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektləri potensial təhlükəli hesab edirlər.