Türkiyənin Karabük vilayətində 32 yaşlı qadın istinad divarından yıxılaraq həyatını itirib.
Musavat.com xəbər verir ki, araşdırmada Hande C.-nin yıxıldıqdan sonra başından aldığı zərbə nəticəsində öldüyü müəyyən edilib.
Gənc qadının bədənində döyülmə və güllə yarasının olmadığı bildirilib. Şübhəli ölümü araşdıran polislər qadının müvazinətini itirərək yerə yıxılması ehtimalını nəzərdən keçirir.
Ayaqqabıları yol kənarında tapılan qadının hündürlüyü təxminən 5 metr olan divardan bağçadakı beton döşəmənin üzərinə yıxıldığı ehtimal edilir.
Faktla bağlı araşdırmalar davam edir.
Musavat.com