32 yaşlı kişi beşinci mərtəbədən yıxılaraq öldü

Mingəçevirdə yataqxana binasının 5-ci mərtəbəsindən yıxılan oğlan ölüb.

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində, Naxçıvan küçəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Taleh Bünyamin oğlu Kərimov yataqxana binasının 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma başlanıb.

01.06.2025 20:34
743