Tanınmış türkiyəli repçi Berk Bayındır (Berk) bu gün faciəli şəkildə dünyasını dəyişib.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Berk ləqəbi ilə tanınan sənətçi hələlik məlum olmayan səbəbdən İstanbulda yaşadığı evin 8-ci mərtəbəsindən yıxılıb.
Hadisə şahidlərinin sözünə görə, 31 yaşlı repçi hadisə yerindəcə dünyasını dəyişib. Repçinin hadisə zamanı evdə olan sevgilisi Gültepen isə ifadə vermək üçün polis idarəsinə aparılıb.
Xalidə Gəray
Musavat.com