İstanbulda kirayəçinin 7 nəfəri aldatdığı insanları heyrətə salıb.
Musavat.com xəbər verir ki, 7 nəfəri tələyə salan kirayəçi yüz minlərlə lirəlik fırıldağa imza ataraq yoxa çıxıb.
İstanbulun Zeytinburnudakı evdən çıxan kirayəçi son günündə 100 min lirəlik dələduzluq edib. Evin şəkillərini çəkib ev alqı-satqısı saytında elan yerləşdirən kirayəçi özünü evin sahibi kimi təqdim edib.
Elanda ev üçün aylıq 8 min TL kirayə, 6 aylıq ilkin ödəniş və 49 min TL depozit istədiyini yazan kirayəçi 7 nəfəri toruna salıb.
Bir gündə evi 7 nəfərə kirayə verən və təxminən 300 min TL-ni aldadan şəxs daha sonra yoxa çıxıb. Fırıldaqçının tələsinə düşənlərdən biri iranlı qadın 50 min TL itirdiyini bildirərək, başına gələnləri danışıb.
"Elanı gördüm, anamla gəldim və baxdım. 50 min TL verdim. Açarı aldım. Yerləşəndə o biri açarı alacaqdım. İki gündən sonra yenə zəng etdi ki, mənə bir ilin ödənişi əvvəlcədən edə bilərsinizmi? deyə soruşdu. Biz daha sonra öyrəndik ki, o, mənzilin sahibi deyil, keçmiş kirayəçidir”, - deyə İranlı qadın bildirib.
Musavat.com