Aparıcı Emin Musəvi sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
O, şəxsi instaqram hesabında Qarabağın incisi Şuşa şəhərinin girişində yerləşdirilən "Şuşa" yazısının hazırlanması ilə bağlı video paylaşıb.
Musəvi yazını hazırlayan şirkət rəhbəri İbrahim bəydən qısa açıqlama alıb.
İbrahim bəy bildirib ki, 20 günə ərsəyə gələn yazının ən böyük hərfi 3, qalanları isə 2 metr hündürlüyündədir. Şuşa qalasına çox yük düşməsin deyə hərflərin ümumi çəkisi 300 kiloqrama salınıb. Yazının xammalı isə Azərbaycan istehsalı olan alüminiumdan hazırlanıb.
Ətraflı videoda:
(BAKU.WS)