Almaniyanın sol təmayüllü terror qruplaşması olan Qırmızı Ordu Fraksiyasının keçmiş üzvü Daniela Klette Berlində saxlanılıb.
Bu barədə Aşağı Saksoniya federal əyalətinin Verden şəhərinin prokurorluğu məlumat yayıb.
Prokuror Koray Freudenberqin sözlərinə görə, 65 yaşlı qadın fevralın 26-da nəzarətə götürülüb. Onun saxlanma şəraiti ilə bağlı ətraflı məlumat verilmir.
Klettenin qonşusunun verdiyi məlumata görə, keçmiş terrorçu Klaudia saxta adı ilə Berlinin Kreuzberg rayonunda yaşayıb. Dolanışıq üçün o, özəl riyaziyyat dərsləri keçib.
Alman hakimiyyət orqanları Klette və onun iki şəriki Burkhard Garveg və Ernst-Volker Staubu 1999-2016-cı illər arasında adam öldürməyə cəhddə və bir sıra ciddi quldurluqlarda ittiham edir. Keçmiş terrorçular uzun illərdir ki, axtarışdadırlar.//Publika