Türkiyədə 3 iranlı qardaş bir anda intihar ediblər.
Hadisə Antalyanın Murtapaşa qəsəbəsində Gözəloba məhəlləsində baş verib.
İranlı 3 qardaş – 44 yaşlı Mohammed Reza Yasovalian, Mohsen və Əmirhüseyn yaşadıqları evdə qapı və pəncərələri bağlayaraq kömür yandırıblar. Nəticədə hər üçü ölüb.
Hazırda onların meyiti şəhər məhkəmə-tibbi ekspertiza şöbəsində saxlanılır. Məlumata görə, meyitlərin sahibi ortaya çıxıb onları götürmək istəmir. Belə ki, qardaşların İrandakı 3 bacısı və Antalyadakı qohumları meyitlərdən imtina ediblər. Mərhumların həmçinin ata-analarının da illər əvvəl öldüyü bildirilir.
Hazırda araşdırmalar davam edir./Lent.az