3 otaqlı evdə yanğın - xəsarət alanlar var

Quba rayonunun Dərk kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Yanğın zamanı 4 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13.06.2023 04:00
425