3 ölkə Rusiya ilə əməkdaşlıqdan İMTİNA ETDİ 

3 ölkə siyasi səbəblərə görə Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Latviya, Kanada və İsveçrə siyasi səbəblərə görə 2024-cü ildə Rusiyanın hüquqi yardım tələblərini yerinə yetirməkdən imtina edib.

Rusiya Baş Prokurorluğunun məlumatına əsasən, 2024-cü ildə Rusiya tərəfinin yeddisi siyasi səbəblə bağlı olmaqla, 27 müraciəti rədd edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

09.10.2024 14:49
7163