Üç nəfərin 47 700 manat pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda üç nəfərin 47 700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.