İstanbulda 4 nəfər girdikləri qızıl mağazasından 4 kiloqrama yaxın qızıl oğurlayıb.
Musavat.com xəbər verir ki, oğurluq anı saniyələr içində təhlükəsizlik kamerasına əks olunub.
Qızıl mağazasının sahibi Ayhan Marti "təxminən 4 kiloqram qızıl oğurlanıb. Hadisədən 5 dəqiqə sonra polis gəlib. Lakin polislər gələndə soyğunçular yoxa çıxmışdı",-deyə bildirib. Təxminən 3 dəqiqə davam edən soyğundan sonra polis qaçan şübhəliləri tutmaq üçün işlərə başlayıb.
Musavat.com