3-cü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza - 3 maşın toqquşdu - VİDEO

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə 3-cü mikrorayon dairəsi adlanan ərazidə qeydə alınıb. 

Qəza nəticəsində 3 avtomobilə və yol infrastukturuna ziyan dəyib. Belə ki, maşınlardan biri yol kənarında yerləşən dəmir arakəsməyə çırpılıb. 

Hadisə yerindən görüntüləri təqdim edirik:

08.05.2024 11:59
719