“Oktyabrın 18-də İstanbulda Cənubi Qafqazın inkişafı üzrə “3+3” regional platformasının iclası keçiriləcək”.
Musavat.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri də qoşulacaq”, - deyə Fidan Ankarada keçirdiyi mətbuat konfransında vurğulayıb.
Erməni mediası yazıb ki, Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı şərh etməyib.
Belə məlum olur ki, Gürcüstan bu dəfə də görüşə qatılmayacaq.
Musavat.com