26 yaşlı qız zorla qaçırılıb

Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.

30.11.2022 12:35
802