25 yaşlı qazaxıstanlı qızın Bakıdakı hərəkəti heyrət doğurdu - VİDEO

Qazaxıstanlı məşhur sənətçi Aidana Kabdylova Bakıya səfər edib. 

Musavat.com xəbər verir ki, Aidana Kabdylova Bakının ən mənzərəli yerlərindən biri olan Dağüstü parkda dombra ifası ilə diqqət çəkib.

Sənətçi bununla bağlı "Instagram" hesabında paylaşım edib. Aidana Kabdylova sözügedən ifasını Milli "Dombra Günü"nə həsr edib.

"Dombra gününüz mübarək olsun", - deyə Kabdylova paylaşımında qeyd edib. 

Onu da bildirək ki, Aidana Kabdylova 6 yaşından bəri dombra ifa edir. İstanbulda yaşayan məşhur sənətçinin 25 yaşı var.

Aidana Kabdylovanın Bakıda lentə alınan ifasını təqdim edirik:

Qeyd edək ki, Qazaxıstanda hər il iyulun ilk bazar günü qazaxıstanlılar Milli Dombra Gününü qeyd edirlər. "Milli Dombra Günü" 2018-ci ildə prezidentin sərəncamı ilə təsdiq edilib. Bayram milli mədəniyyəti və özünəməxsusluğu qoruyub saxlamaq və yaşatmaq məqsədi ilə təsdiq edilib.

10.07.2024 18:40
18210