25 yaşlı gənc ata-anasını qətlə yetirdi - Özü isə...

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda dəhşətli hadisə baş verib.

Narkotik aludəçisi olduğu deyilən 25 yaşlı Kamil Yılmaz anası Sevilay Yılmaz və atası Hikmət Yılmaz ilə naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Ailədə gərginlik artdıqca Kamil Yılmaz yanında olan silahla valideynlərini dəfələrlə güllələyib. Bədənlərinin müxtəlif yerlərindən aldıqları güllələrdən ağır yaralanan Yılmaz cütlüyü qan içində yerə yıxılıb. Daha sonra Kamil Yılmaz eyni silahı bu dəfə özünə tuşlayıb.

Hadisə baş verən zaman evdə olan Yılmaz cütlüyünün qızı 112 Təcili Zəng Mərkəzinə zəng edərək vəziyyəti xəbər verib. Hadisə yerinə təcili yardım və polis gəlib.

Sevilay və Hikmətin həyatını xilas etmək mümkün olmayıb. Qatil isə təcili yardıma çatdırılaraq Torbalı Dövlət Xəstəxanasına aparılıb. (azerforum)

29.05.2024 12:45
1576