Ukrayna Ali Radası 25 yaşınadək hərbi xidmət keçməli olan şəxslərin Ukrayna Silahlı Qüvvələrinə (AFU) səfərbər edilməsini qadağan edib.
Bu barədə Radanın deputatı Aleksey Qonçarenko “Telegram” kanalında bildirib.
Qonçarenko 18 yaşından 25 yaşınadək hərbi xidmətə cəlb olunanların Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilməsinə qadağanın yekun oxunuşda qəbul edilməsindən danışıb. Qanun layihəsini 450 deputatdan 311-i dəstəkləyib.
Bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı 18-25 yaş arası ukraynalıların səfərbər edilməsinin əleyhinə çıxış etmişdi. Eyni zamanda o əlavə edib ki, gənclərin “ekstremal hallarda” səfərbər olmasına icazə verir. (Publika.az)