Moskvada son 24 saat ərzində iki yeniyetmənin meyiti tapılıb.
Dünən saat 6.10-da Starı Qay küçəsindəki mənzildə 15 yaşlı qızın meyiti tapılıb. Onun ölüm səbəbi müəyyənləşdirilir.
Bu gün səhər saat 2.40-da Bolşaya Filevskaya küçəsindəki evlərdən birinin yaxınlığında 16 yaşlı oğlanın meyiti aşkarlanıb. Aldığı xəsarətlərin xarakteri onun intihar etdiyini göstərib.
Onun intiharının səbəbləri müəyyənləşdirilir.//Lent.az