23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından öldü

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

Musavat.com APA-ya istinadən bildirir ki, rayonunun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.

16.03.2024 11:26
879