"23 fevral mənim üçün bayramdır, kimə nə?" - Bakı sakinlərindən İLGİNC cavablar

Bu gün fevralın 23-dür və zamanında, SSRİ dövründə bu gün "sovet ordusu günü" və yaxud "kişilər günü" kimi qeyd olunurdu.

Artıq 30 ildən çoxdur ki, müstəqillik əldə etməyimizə baxmayaraq, cəmiyyətimizdə hələ də bu günü qeyd edənlər, keçirənlər var. Sosial şəbəkələrdən müşahidə edirik ki, bəzi firmalar, restoranlar bu günlə bağlı kampaniyalar keçirir, kimlərsə ərinə, sevgilisinə hədiyyələr alır.

Bəs ölkəmizdə 23 fevralın hələ də "kişilər günü" kimi qeyd edilməsi nə dərəcədə doğrudur? Bunu edənlər kimlərdir? Onları necə qınamalıyıq? Niyə kimlərsə 23 fevralı bu ölkədə kişilərin bayramı kimi gündəmdə saxlamağa çalışır?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

23.02.2024 19:46
2222