22 yaşlı qızdan ŞOK ƏMƏL: Oteli YANDIRDI - FOTOLAR

Moskvanın cənub-qərbində yerləşən “Astrus” otelində 22 yaşlı qız otağı yandırıb. Yanğın törətməkdə şübhəli bilinən Darya B. saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "SHOT" telegram kanalı məlumat yayıb.

Qız ukraynalı kuratorların göstərişi ilə hərəkət etdiyini iddia edib.

Qeyd edək ki, hadisə dünən axşam saat 9-da, dörd ulduzlu "Astrus" otelinin 18-ci mərtəbəsində baş verib. Belə ki, qız otağın mebellərini, divarlarını və qapısını maye tökərək yandırıb.

Oteldə yanğınsöndürmə sistemi işə düşüb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb və otaqda naməlum maye qalıqları olan bir neçə şüşə aşkar edilib.

Polis əməkdaşları şübhəli şəxsi saxlayıb.

Musavat.com

17.10.2024 14:29
1014