22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub

Polisə müraciət edən paytaxt sakini olan qadın bir nəfərin onu hədələyərək hesabına 650 manat pul ödətdirdiyini bildirib.

Musavat.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 22 yaşlı S.Həbibli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

10.09.2024 16:14
508