Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, boğularaq qətlə yetirilib.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi olub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.