Rusiya Baş Prokurorluğu kütləvi qətldə şübhəli bilinən Yusuf Salihovu Tacikistan hakimiyyətinə təhvil verib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sözügedən dəhşətli cinayət 1992-ci ildə Tacikistanda baş verib, 22 nəfər, o cümlədən hamilə qadın öldürülüb.
Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Düşənbənin Salihovun ekstradisiyası ilə bağlı vəsatətini təmin ediblər.
"Salihova qarşı cinayət işi Tacikistanın Baş Prokurorluğunda aparılır", - məlumatda deyilir.
Boxtar hüquq-mühafizə orqanları 2022-ci ilin martında Tacikistan vətəndaşının saxlanmasına icazə verib. Bundan sonra şübhəli beynəlxalq axtarışa verilib. Onu Rusiyada tapmaq və saxlamaq mümkün olub. Rusiya Federasiyasının Baş Prokurorluğu əməliyyatın detalları barədə məlumat verməyib.
Rəsmi məlumatlara görə, 1992-ci il oktyabrın 14-də Tacikistanın Sarbənd kəndində dəhşətli faciə baş verib. Yusif Salıhov bir qrup quldurla əlbir olaraq evi qarət etmək qərarına gəlib.
Onlar qurbanın ailəsi və qohumlarının yaşadığı evə “Kalaşnikov” avtomatı ilə daxil olaraq ailə üzvlərinə atəş açıblar. Daha sonra quldurlar qurbanların cəsədlərinə benzin tökərək yandırıblar.
Məlum olub ki, iki nəfər gizlənərək qətliamdan qurtula biliblər, soyğunçular isə oğurlanmış avtomobillərdən istifadə edərək hadisə yerindən qaçıblar.
Daha sonra Salihov Tacikistanı tərk edib və uzun müddət Rusiyada gizlənib.
Musavat.com