21 yaşlı qızı avtomobil vurub 

Bakının Səbail rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Kərimova Nərmin Samid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

10.10.2022 02:58
810