Masallıda 21 yaşlı gənc qəfil ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Tural Əbilzadə şəkərinin yüksəlməsi nəticəsində komaya düşüb və axşam saat 23:00-da vəfat edib.
Qeyd edək ki, mərhum Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olub.
T.Əbilzadənin anası da dörd il əvvəl sentyabr ayında vəfat edib və gənc anası ilə bağlı sosial şəbəkə hesabında tez-tez paylaşımlar edibmiş.