Bakıda daha bir oğurluq faktının üstü açılıb.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sözügedən oğurluq faktı ilə bağlı məlumat yayıb.
"Daha bir kiber oğurluq halı diqqət çəkir. Bir fakt üzrə zərər 21000 manat təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət "razılşır" və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar",-deyə E.Hacıyev bildirib.
Musavat.com