2030-a qədər kim yaşaya bilsə...Ölümsüzlüyün sirrinə 6 il qaldı - VİDEO

Musavat.com xəbər verir ki, məşhur yazar və doktor Ayşəgül Çoruhlu tanınmış televizyonçu Fatih Altaylının "Təkətək" layihəsinin qonağı olub.

Xanım doktor iddia edib ki, 2030-cu ildən başlayaraq, tibb elmi qocalmağı durdurmağın sirrini çözəcək: "O zamana kimi ölməyin, yetər. Amma həm də özünüzə yaxşı baxın ki, o zamankı halınız da yaxşı olsun. 2030-dan sonra hər kəs 1 gün də yaşlanmayacaq..."

Az qala gənclik iksirinin tapılacağı iddiasına bənzəyən bu maraqlı verilişdən beyinləri alt - üst edəcək bir parçanı təqdim edirik.

Musavat.com

27.04.2024 08:06
1332