2025-ci ildə bəzi məşhur avtomobil markalarının seriyalı istehsalının dayandırılacağı proqnoz edilir.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, istehsalı dayandırılacaq modelllər arasında ABŞ istehsalı olan “Kraysler 300C”, “Dodge Çallenger” və “Dodge Çarger” var.
Oxşar tale “Nissan GT-R”i də gözləyir, onun yerini 1360 at qüvvəsi olan “Hyper Force” prototipi əsasında yaradılmış elektrifikasiya olunmuş superkar tutacaq.
“Ferrari” model xəttini yeniləyərək, “Ferrari 812 Competizione” və “Ferrari SF90 Stradale” modellərini müvafiq olaraq yeni “bolid”lərlə – “Ferrari 12Cilindri” və “Ferrari F250” ilə əvəz edəcək.
Britaniyanın “Yaquar”ı isə “Yaquar F-Type”ı model sırasından alternativsiz çıxarmağa qərar verib.