2024-cü ilin dövlət büdcəsi təsdiqləndi

Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Musavat.com xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Maliyyə naziri Samir Şərifov deputatların təkliflərinin diqqətdən kənarda qalmayacağını söyləyib.

Spiker Sahibə Qafarova çıxış edə bilməyən deputatların öz çıxışlarını yazılı şəkildə təqdim etməsini tövsiyə edib. Müzakirələrdən sonra sənəd bir nəfər əleyhinə olmaqla, ikinci oxunuşda təsdiqlənib.

2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.

E.Paşasoy,
Musavat.com

21.11.2023 14:17
2845