2024-cü ildə sürücülərə yazılan cərimələrin məbləği açıqlandı-ÖZƏL  

Ötən il yol hərəkəti ilə bağlı aşkar olunmuş inzibati xətaların statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilə yol hərəkəti ilə bağlı 7470078 inzibati xəta aşkar olunub.

Bildirilib ki, tətbiq olunmuş inzibati cərimələrin məbləği 245649,8 min manat olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

28.02.2025 12:20
1071