Amerika Birləşmiş Ştatlarının maliyyə və iqtisadi jurnalı dünyanın ən zəif 10 valyutasının adını dərc edib.
Musavat.com sözügedən jurnala istinadla xəbər verir ki, dünyada 1 dollara nisbətdə ən ucuz valyuta İran rialı, ikinci yerdə Vyetnam donqu olub və ilk üçlüyü Laos kipi tamamlayır.
Qeyd edək ki, bir vaxtlar dümyanın ən bahalı 5 valyutasından biri olan Azərbaycan manatı hələ də yüksək dəyərini qoruyur.
Ucuz valyutaların ilk onluğu belədir:
İran rialı - 42 037;
Vyetnam donqu - 24 535;
Laos kipi - 20 839;
Syerra Leone leonu - 19 750;
İndoneziya rupisi - 15 635;
Özbəkistan somu—12 495;
Qvineya frankı - 8 584;
Paraqvay quaranisi - 7 293;
Uqanda şillinqi - 3 878;
İraq dinarı - 1308.
Musavat.com