2023-cü ildə Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar kəskin azalıb

2023-cü ildə materik Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 8 faiz azalaraq 1,13 trilyon yuan (157,1 milyard dollar) təşkil edib.

Musavat.com xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqladığı məlumata görə, xidmət sektoruna xarici investisiya axını 13,4 faiz, istehsal sektorunda birbaşa investisiyalar 1,8 faiz azalıb.

Bununla yanaşı, 2023-cü ildə Böyük Britaniyanın Çinə investisiyaları 81 faiz, Fransanın investisiyaları 84,1 faiz, Hollandiyanın investisiyaları 31,5 faiz, İsveçrəninki 21,4 faiz, Avstraliyanınkı isə 17,1 faiz artıb.

Sinxua agentliyinin nazirliyə istinadən yaydığı məlumata görə, son bir il ərzində ölkədə 53,766 min yeni xarici müəssisə qeydə alınıb ki, bu da 2022-ci ilin göstəricisindən 39,7 faiz çoxdur.

Musavat.com

19.01.2024 19:53
368