2021-ci ildə itkin düşən hərbçilərin valideynləri aksiyalara başladı

İtkin düşən hərbçilərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələbi ilə İrəvanın Baqramyan prospektini bağlayıblar.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, valideynlərin aksiyası səhər saatlarından başlayıb. Onlar əvvəlcə hökumət binası qarşısında aksiya keçiriblər, sonra isə Paşinyanın prezident iqamətgahında olduğunu öyrənərək aksiyanı orada davam etdiriblər. Vədlərə baxmayaraq, prezident administrasiyasının əməkdaşlarından heç biri etirazçıların qarşısına çıxmayıb.

Bildirilir ki, 2021-ci il oktyabrın 21-də “döyüş tapşırığını yerinə yetirmək üçün Qarabağa aparılan” hərbçilər “səhv əmrə görə” mühasirəyə alınıblar və itkin düşüblər.

Musavat.com

19.07.2023 15:09
593