20 yüksək vəzifəli HƏMAS üzvü məhv edildi

İsrail kəşfiyyat xidməti mühüm vəzifə tutan 20 yüksək vəzifəli HƏMAS üzvünün məhv edildiyini bildirib.

Bu barədə Yedioth Ahronoth portalı məlumat yayıb.

Təşkilat üzvlərinin məhv edilməsini İsrail hərbi hava qüvvələri həyata keçirib.

Əməliyyatda İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) də iştirak edib.//APA

12.11.2023 11:36
532