20 Yanvarda "KAMAZ" tuneli uçurdu

Bu gün səhər saatlarında "KAMAZ" markalı yük maşını 20 Yanvara girişdə yerləşən tuneli uçurub.

Bu barədə Musavat.com-a sərnişinlər məlumat verib.

Bildirilib ki, hadisə ilə əlaqədar yol bağlanıb. Avtomobil sürücüləri alternativ yollardan istifadə edərək şəhərə girməyə çalışırlar. Yolda böyük tıxac yaranıb.

Şahanə Rəhimli
Musavat.com

03.09.2024 09:42
4582