“20 Yanvar”ın keçidlərindəki mağazalar niyə bağlandı? - AÇIQLAMA

Bakı Metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. “Bakı Metropoliteni” bildirib ki, bu obyektlərin onlara heç bir aidiyyəti yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti isə mağazaların onlar tərəfindən bağlanmadığını qeyd edib.

Bəs bu obyektlərin bağlanma səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yeraltı keçidlərdə mağazaların bağlanması COP29-la əlaqəli ola bilər.

“Amma bu, bir ehtimaldır. Digər ehtimala görə, həmin müəssisələr ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. Həmin müəssisələrin uzun müddət qapalı qalacağını düşünmürəm”.

 

02.09.2024 12:29
1086