Adanada yaşayan, 20 ildir uşaq sahibi olmaq xəyalı quran və qarın ağrısı şikayəti çəkən G.D.-nin (40 yaş), özəl bir xəstəxanada müayinsi zamanı qarmında böyük bir kütlənin olduğu təsbit edilib.
Qadın dərhal əməliyyata götürülüb. Əməliyyat zamanı qadının qarnından 10 kilo ağırlığında və 30 sm uzunluğunda kütlə çıxarılıb.
Qeyd edək ki, cütlük 24 ildir ailəlidir, 20 ildir isə uşaq sahibi olmaq üçün müxtəlif müalicələr alıblar.
titul.az