İyunun 10-da 10 illik evliliyini bitirən türkiyəli aktyor Rüştü Onur Atilla yeni sevgilisinin kimliyini açıqlayıb.
Sinem Ayyıldızdan boşanan aktyorun müğənni Nezlə münasibət yaşadığı məlum olub.
Belə ki, aktyor Nezlə qucaqlaşdığı anları əks etdirən fotolarını sosial media hesabında "Yaxşı ki..." qeydi ilə paylaşıb.
Onun boşandıqdan cəmi 20 gün keçdiyi halda belə paylaşım etməsi birmənalı qarşılanmayıb və xəyanət iddialarını gündəmə gətirib.
Qeyd edək ki, "Güldür Güldür" şousu ilə məşhurlaşan aktyor son zamanlar arıqlamağı ilə gündəmdə idi.
Onun Sinem Yıldızla evliyilindən Kemal (6 yaş) və Uyqar (3 yaş) adlı iki övladı var. (Publika.az)