"2 sentyabr saat 18:00-dək zəruri sənədləri..." - Bu şəxslərə XƏBƏRDARLIQ EDİLDİ

14-22 avqust tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 39 şəhid ailəsi üzvü iştirak edib.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, müsahibələrə ümumilikdə 5740 namizəd dəvət olunub, 4994 nəfər müsahibə mərhələsində iştirak edib. Müsahibələrdə 4658 nəfər uğur qazanıb.

Qeyd olunub ki, uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

28.08.2024 14:56
725