Arazda boğulan şəxslərin meyitləri tapılıb.
APA-nın xəbərinə görə, Saatlıda Araz çayında boğulan şəxslərin meyitləri tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Şabranda qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Göyçayda yol qəzasında 3 nəfər xəsarət alıb
***
Araz çayında boğulanların şəxsiyyəti müəyyən edilib.
APA xəbər verir ki, saat 18.45 radələrində Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.
***
Saatlıda 2 nəfər Araz çayında boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayında baş verib.
Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.