198-ci saatda möcüzə qurtuluşlar - Azərbaycan xilasedicilərinin iştirakı ilə!

Kahramanmaraşda iki mövüzə qurtuluş reallaşdırılıb. 17 yaşlı Muhammed Enes və Abdulqadir adlı şəxs 198 saatdan, 9 gündən sonra xilas ediliblər. Hər ikisinin durumu normaldır. Hazırda eyni ünvandan daha bir nəfərin xilas edilməsi üçün işlər davam edir.

Xilasetmə əməliyyatında iştirak edənlər 36 saatdır burada çalışır. Türkiyə mediası bu əməliyyatda azərbaycanlı xilaskarların iştirak etdiyini xüsusilə vurğulayırlar. Eyni zamanda burada Türkiyə xilasediciləri ilə yanaşı, Fransadan gəlmiş heyət də çalışır.

Adıyaman şəhərində də bu anlarda 18 yaşlı Məhəmməd Cafer adlı gəncin xilas edilməsi işləri yekunlaşmadadır. Zonquldaqdan gəlmiş xilasedicilər çalışır burada.

Musavat.com

14.02.2023 10:41
1158