180 min ödülü olan Fetisov mükafatı: Azərbaycan jurnalistləri də qalib ola bilər – DETALLAR

Fetisov Jurnalistika Mükafatları üçün işlərin qəbuluna başlanılır. 1-ci yerin mükafatı 180 min manatdır.

Musavat.com-a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, Fetisov Jurnalistika Mükafatlarına son bir ildə dərc edilmiş ingilis dilində olan materiallar təqdim olunur.

Ekspert qeyd edib ki, materiallar əsasən dörd istiqaməti əhatə etməlidir:

20221001031139_photov5gaLS.jpg (91 KB)

“Təqdim olunan materiallar diqqətədəyər araşdırma jurnalistikası, sülhə diqqətədəyər töhfə, vətəndaş hüquqlarına töhfə və ətraf mühit jurnalistikasında mükəmməllik istiqamətlərini əhatə etməlidir. Yazılar elektron şəkildə göndərilir və ekspertlər tərəfindən tək-tək oxunur. Hər istiqamət üzrə ekspertlər ayrıdır. Daha sonra jüri ekspert dəyərləndirməsində ən yüksək yer tutmuş yazıların arasından seçim edir və qalibləri müəyyənləşdirir. Bu proses də başa çatdıqdan sonra növbəti ilin aprel ayında qaliblərin mükafatlandırılması təşkil edilir”.

A.Həsrət son 3 il ərzində sözügedən Mükafatın Ekspertlər Şurasının üzvü olsa da, bu il imtina etməli olub:

WhatsApp Image 2024-07-09 at 09.19.59.jpeg (169 KB)

“Bu il də təklif edildi ki, Şurada fəaliyyətimi davam etdirim. Amma imtina etməli oldum. Çünki başqa planlarım var. Onu da qeyd edim ki, ötən illər ərzində bu Mükafata Azərbaycandan iddia edən olmayıb. Çox istərdim ki, nəhayət ki, bizim jurnalistlər də öz iddialarını ortaya qoysunlar. Özəlliklə də xarici mediaya çıxışı olan jurnalistlərimizdən bunu gözləyirik”.

Ətralı məlumatla bu link vasitəsilə tanış olmaq olar:

https://fjawards.com/

Nigar HƏSƏNLİ,
Musavat.com

09.07.2024 11:54
2776